Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZORLU
sif 1. Güclü, qüvvətli. Yaman zorlu adamdır. - Qüvvətli olsan da, yoxsulu döymə; Demə ki, zorluyam, qolum yaxşıdır. Xəstə Qasım. Həmin fələkzadə Məşədi Əsgər qırx yaşında, qısaboylu, amma çox zorlu bir kişi idi. S.M.Qənizadə. Tez çatsın əlimiz bərkə düşərsək; Zorlu qoşun ilə biz görüşərsək. H.K.Sanılı.
2. məc. Sözü keçən, nüfuzlu, hökmü olan. [Pərzad] Əh, o boş sözdür, əmim dövlətli, zorlu kişidir. M.F.Axundzadə. // İs. mənasında. [Ceyniz:] Saray istibdadı, zorluların əmlak iştahası xalqı zara gətirmişdir. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....