İzahlı lüğət

ZORBA

sif. 1. Çox iri, çox yekə, çox böyük. Zorba ayı. Zorba canavar. Zorba ilan. Zorba daş. - Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir. [Nisə xala] pilləkənin altında yatan zorba bir qoyun itinin boğazına ayağını basıb bizə dedi. Qantəmir. // dan. Ümumiyyətlə böyük. [Axund:] Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba savab yoxdur, ələlxüsus, siğə ola. C.Cabbarlı.
2. məc. Çox böyük, çox nüfuzlu, görkəmli (adətən kinayə yolu ilə deyilir). Şuşa şəhərinin lap zorba mollalarının bu soyuqda .. bu otuz-qırx verst yolu gəlməkdən mənzurları nə imiş? “Mol. Nəsr.” // İs. mənasında. ..Zorbaların zülm və istibdadına bir nəhayət vermək .. məqsədi ilə şəhərin “ağa” ları .. bir “cəmiyyət” düzəltdilər. S.Hüseyn.
məc. Çox güclü, çox qüvvətli, çox böyük. Mübarizə apardığımız qüvvələr zorbadır. M. S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZOM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed