Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ZOLAQ-ZOLAQ

sif. Zolaqlar şəklində olan. Zolaq-zolaq tarlalar. - Qurtuluş güllələri zolaq-zolaq qızartdı havanı. R.Rza. // Üzərində zolaqlar olan. Zolaq-zolaq parça. Zolaq-zolaq palaz. Zolaq-zolaq döşək. Zolaq-zolaq zürafə. Zolaq-zolaq özbək xələti.
[Qaragünənin] başının üstündən, divarda zolaq-zolaq bir pələng dərisi, üzərində mal damarından hörülmüş qaba bir qamçı.. asılmışdı. M.Rzaquluzadə. [Zeynal] zolaqzolaq xəstəxana pijamasının altında yavaşyavaş barmaqlarını tərpədirdi. B.Bayramov. // Zərf mənasında. Zolaqlar şəklində. Böyrü qırmancdan zolaq-zolaq olmuş yabı. - Köynəyinin üstündən də mümkündür saymaq; Qırmanclanmış zolaq-zolaq qabırğaları. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....