Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZOĞAL
is. Yeməli, qırmızı meyvəsi olan bərk oduncaqlı ağac (kol). Zoğal 5-6 metr hündürlükdə, qışda yarpağı tökülən kol və ya ağacdır. Sarı rəngli çiçəkləri mart-aprel aylarında yarpaqlanmadan əvvəl açılır. Meyvəsi sentyabrda yetişir. H.Qədirov. // Bu ağacın xırda turş meyvəsi. Zoğal çərdəyi. Zoğal mürəbbəsi (zoğaldan bişirilmiş mürəbbə). - Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. A.Şaiq. Almalar qızarır, armudlar, heyvalar saralır, əzgillə zoğal bir-birinə qarışırdı. S.Rəhimov. □ Zoğal axtası, axta zoğal - tumu çıxarılaraq qurudulmuş zoğal. Xalq batıbdır noğula, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....