Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ZOĞ

is. Ağacda və başqa bitkilərdə yenicə cücərən göy qabıqlı incə budaqların hər biri; pöhrə. Söyüdün zoğları. // Ağacın və başqa bitkinin yer altındakı rişələrindən çıxan cücərti. Kişi Xanpərini pambıq kolunun yanına aparıb içəridən qalxan bir zoğu göstərərək dedi... Ə.Vəliyev. □ Zoğ atmaq (vermək, etmək) - yeni yaşıl qollar əmələ gəlmək. Alma ağacı yaxşı zoğ atıbdır. - Yazın bu ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər. Ağaclar yeni zoğ atır, yamaclarda yaşıl otlar göyərir. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....