Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZİYARƏT
is. [ər.] köhn. Hörmət əlaməti olaraq birini görməyə, biri ilə görüşməyə gəlmə; görüşə gəlmə; vizit. Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. M.F.Axundzadə. iki ay bundan qabaq naçalnikdən izn alıb getmişdim kəndimizə anamın ziyarətinə. C.Məmmədquluzadə. Müsyö Qamel əvvəlinci ziyarətdə bu işlərin hamısına bələd oldu. Qantəmir. □ Ziyarət etmək görüşmək üçün yanma getmək, görüşünə getmək, görüşmək. Ziyarətinə getmək - görüşünə getmək. Vəliəhd Gəncəyə gəldiyinin ikinci günü Qızıl Arslanın verdiyi məktubu da götürüb böyük şair Nizaminin ziyarətinə getdi. M.S.Ordubadi. Bir axşam nə olur olsun deyə, Nemət cənab Baxı ziyarət etməyə qərar verdi. Çəmənzəminli. Müsyö Qamel İsfahanda kimi ziyarət etməlidir, kimlə əlaqə və dostluq saxlamalıdır? Qantəmir. [Yaqut] gəlir-gedir, anasını ziyarət edir. Ə.Məmmədxanlı; // din. Hörmət və xatırlama əlaməti olaraq müqəddəs sayılan yerləri, qəbirləri və s.-ni gedib görmə. Rəsul ustasından izn alıb atasının qəbrini ziyarət etmək üçün qəbiristanlığa yollandı. “Aşıq Qərib” . Göynüyün ətrafını Molla Cümə; Hər günü dörd yolla ziyarət eylər. Molla Cümə. □ Ziyarətə getmək din. - müqəddəs sayılan yerləri və qəbirləri görməyə getmək. imama çox lazımdı ki, Ağa Sadıq kimi axmaqlar onun ziyarətinə getdi, ya yox. C.Məmmədquluzadə. Anlayanlar ziyarətə getmədi; Gedənlər də mətləbinə yetmədi. Aşıq Mirzə. Ziyarətinə getmək - ziyarət etmək. ..Qonşu qadınlar Pirçinar ziyarətinə getməyə qərar vermişdilər. S.Hüseyn. [Məşədi Mürsəl:] Sən bu cansız daşları de ki, onlar da ağanın ziyarətinə yuvarlana-yuvarlana gedirlərdi. T.Ş.Simurq.
□□ Həm ziyarət, həm ticarət - fürsətdən, təsadüfdən istifadə edərək, bir yerə gəlmişkən, ikinci xoş bir işi də görmək. Həm ziyarət, həm ticarət, - deyə Əhməd fındıq dükanını ləğv edib və ələ gətirdiyi paraları arxalığının astarına tikib yola düşdü. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....