Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZİYAN
is. [fars.] Zərər. Ziyan vermək. Ziyan vurmaq. Ziyan dəymək. Ziyana düşmək. Ziyan gətirmək. Ziyan görmək. Ziyan toxunmaq. Ziyan çəkmək. - Ziyanın yarısından qayıtmaq da qazancdır. (Ata. sözü). Neyçün özünə ziyan edirsən? Yaxşı adını yaman edirsən? Füzuli. [Cavan kəndli:] [Pərviz xanın] hər gəlməyindən rəiyyətə nə qədər ziyan toxunur. Ə.Haqverdiyev. [Sultan:] Mən bu dəfə əl çəkməyəcəyəm, özü də heç bir ziyan görməyəcəyəm. İ.Hüseynov.
□□ Ziyan eləmək - uşaq salmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....