Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZİYALI
1. is. Elm, texnika, mədəniyyət sahəsində təhsilə və xüsusi biliyə malik olan və əqli əməklə məşğul olan adam. Hər kəndin özünə görə ziyalıları var... Ə.Sadıq. Heç zaman ziyalı sayıla bilməz; Özgənin dərdini yaşamayan kəs. B.Vahabzadə. // Ümumiyyətlə, oxumuş, mədəni, savadlı adam. // Sif. mənasında. Ziyalı təbəqələr. Ziyalı qadınlar. - [Rəcəb:] Naçalnik müavini dedi ki, axı siz ziyalı cavanlarsınız. Qantəmir.
2. sif. Açıq, aydın, nurlu, işıqlı. Mənim bağım, baharım! Fikri ziyalı, oğlum. M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....