Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZİYADƏ
zərf [ər.] 1. Çox, artıq, çoxlu. Dağdan endim piyada; Dərdim vardır ziyada; Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda. (Bayatı). [Müsyö Jordan:] Bir il çəkər gedib gəlməyi, ziyadə çəkməz. M.F.Axundzadə. imtahan ilə bilinib ki, meşə olan yerə ziyadə yağış yağır. Ol səbəbə bu yer artıq nəm olur. “Əkinçi” . // Zərf mənasında. Son dərəcə, olduqca. Bu həqiqət Minanı ziyadə şad elədi.
Musabəyov. // Qoşma mənasında. Təsəvvür eyləmə kim, məst edibdi badə məni; Gözündü məst qılan badədən ziyadə məni. S.Ə.Şirvani. Hamı dərddən ziyadə; Bu dərd mana kar elədi... Aşıq Ələsgər. // Sif. mənasında. Ziyadə söz lazım deyil. - Ziyadə qəmzədəyəm hicr ilə xoş ol günlər; Ki mən bu qəmzəlikdən ziyadə xürrəm idim. Füzuli. □ Ziyadə etmək - artırmaq, çoxalmaq, daha da artırmaq, bollaşdırmaq. Fərhadə, Məcnunə məni tay etdin; Elədin dərdimi ziyadə, fələk! Aşıq Zabit. Ziyadə olmaq - artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq. Ürəyim dəryadı, könlüm bir ada; Dərdim oldu günü-gündən ziyada. “Əsli və Kərəm” . [Koroğlu Qırata dedi:] Günbəgündən dərdim oldu ziyadə; Alma gözlüm, qız birçəklim, Qır at, gəl! “Koroğlu” . Ziyadəsi ilə - artıqlaması ilə, artıq olaraq, olduqca çox. Oğlanın anası, bacısı olduğunu bilib qızın anası bunlara ziyadəsi ilə hörmət elər... R.Əfəndiyev. Ziyadədir şəklində - artıqdır, çoxdur. Kürreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə 10-20 milyon ildən də ziyadədir. H.Zərdabi. Hacı Əsgərin təvanası nəinki yetmiş iki min, bəlkə iki yüz yetmiş iki mindən ziyadədir. S.M.Qənizadə
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....