Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZİREH
is. [fars.] 1. köhn. Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri dəmir tordan, yaxud qalın dəridən geyim. [Yaşlı kişi:] ..İri vücudlu kor bir dilənçi iki əli ilə zirehi silkələyərək qışqırırdı. S.Hüseyn. □ Zireh kimi, zirehtək tor kimi, deşik-deşik. Sinəmi göz-göz zirehtək etdi peykanın sənin. Qövsi.
Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi polad laylardan ibarət möhkəm qoruyucu örtü. Polad zireh. - Birinci mərmi tankın zireh qisminə dəyərək, deyəsən, kənara sürüşüb partladı. Ə.Əbülhəsən. Keçir tanklarımız zəhmli, qorxunc; Axır bir sel kimi dəmir, zireh, tunc. Ə.Cəmil.
zool. Bəzi heyvanların (tısbağa, timsah və b.) bədənini örtən bərk qabıq. Tora qara rəngli dəri zirehi olan nəhəng bağa düşmüşdü.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....