Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZİLLƏT
is. [ər.] Çətinlik, ağır şərait, pis vəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət, üsrət. [Mehribanın atası:] [Mehribanın] zillətdə qalmasına heç bir halda razı olmaram. S.Hüseyn. [İkinci oğlu:] Nə zillətdir, nə möhnətdir; Buna bais, bəli, sənsən! Ü.Hacıbəyov. Bilməyəcəksiniz nə dərd, nə zillət; Aşıb-daşacaqdır sizinçin dövlət. S.Vurğun. // Həqirlik, xarlıq, alçalma. [Məsmə:] Düşdüyüm mühit məni zillət və səfalət içində sürünməyə məhkum etmişdi. S.Hüseyn. □ Zillət çəkmək - əziyyət içində yaşamaq, ağır vəziyyətdə olmaq, ehtiyac içində yaşamaq. Fərhadü Məcnundən sən eylə ibrət; Müddət bari-qəmdə çəkdilər zillət. Aşıq İskəndər bəy. [Bəbir bəy:] Zillət çəkməsən, sabah qucağına alıb öpəndə heç ləzzət də verməz. Mir Cəlal. Zillətə salmaq - 1) ağır vəziyyətə salmaq, ehtiyac içində yaşatmaq. Hicran dərdi məni salıb zillətə; Səni görsəm dərdim azalı, Güllü. Aşıq Ələsgər; 2) həqir etmək, xar etmək, alçaltmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....