Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZİDD
[ər.] sif. Tamamilə başqasına əks olan, onunla qətiyyən düz gəlməyən. Zidd fikir. Zidd rəy söyləmək. Əsərdə iki zidd qüvvə üz-üzə qoyulur. // is. Bir şeyin əksi, qarşılığı, müxalifi. Şirin acının ziddidir. - Gözləmək və səbir etmək [sevginin] təbiətinə zidd imiş. Ə.Sadıq. □ Zidd çıxmaq - 1) əleyhinə (əksinə) çıxmaq, əleyhinə (ziddinə) hərəkət etmək. Təbiətin bu gözəl ahəngdar qanununa zidd çıxmaq olmaz. S.Rəhimov; 2) müvafiq olmamaq, əks olmaq. Bu faktlar bir-birinə zidd çıxır. Zidd getmək - əleyhinə çıxmaq, əksini demək, qarşı durmaq, müxalif olmaq. Zeynəb öz təbiətinə zidd gedə bilmədi. İ.Şıxlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....