İzahlı lüğət

ZİBİLLƏMƏK

f 1. Zibil etmək, zibil tökmək, zibilləndirmək. Xalçanın üstünü zibilləmək. Döşəməni zibilləmək. - Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər. C.Məmmədquluzadə.
2. məc. Xarab etmək, korlamaq, lüzumsuz, istənilməz və s. şeylərlə doldurmaq. Dili lüzumsuz yad sözlərlə zibilləmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZOM

......