Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ZİBİL

is. 1. Evlərdə, küçələrdə və s.-də yığılaraq onları zibilləndirən tör-töküntü, tullantı. Evin zibilini süpürüb atmaq. - Bizim Cəfərin anası ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı... C.Məmmədquluzadə. O gündən hamamın qapısı mismarlandı, qabağına zibil tökülməyə başlandı. Çəmənzəminli. // məc. dan. Lüzumsuz, yararsız, heç bir qiyməti, dəyəri olmayan şey haqqında. Bu zibili buradan götürün.
2. məc. Çox pis, yaramaz, murdar, alçaq, rəzil adam haqqında (bəzən söyüş mənasında). Zibilin biri zibil. // məc. Yararsız, ləyaqətsiz, aciz, bacarıqsız adam haqqında. [Molla:] Amma öz aramızdı, heç cavanlıqda da bir zibil deyildim. “M.N.lətif.”
□□ Zibil kimi - həddən artıq çox, bol (bəzən həddən artıq çox olduğu üçün qiymətdən düşmüş şey haqqında). İndi pul zibil kimi, fəqət həvəs yox. Qüvvət gedib. N.Nərimanov. Zibili çıxmaq - həddindən artıq çoxaldığı üçün qiymətdən düşmüş, əhəmiyyətini itirmiş, gözdən düşmüş şey haqqında.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....