Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏRRİN
sif. [fars.] 1. klas. Qızıldan düzəldilmiş, qızıldan qayrılmış. Dev Reyhanı bir zərrin taxt üzərində qoyub, üzərinə gülab səpib burnuna müşkü ənbər iyi verdikdə Reyhan huşa gəlib, özünü devlərin yanında gördü. (Nağıl). Dövrü bir bəzmdir behiştibərin; Tac zərrin, sürahi həm zərrin. Füzuli. // Zərli. Bəzək bilməz bu diyarın göyçəyi; Tanımaz al çarqat, zərrin ləçəyi. M.P.Vaqif. ilhamımın yelkəni zərrin saçın olaydı. M.Müşfiq. Hər fikir mülkündə zərrin tac yatır; Hər meyvə tumunda bir ağac yatır. O.Sarıvəlli.
2. şair. Qızıl kimi, qızıl rəngində, qızıl kimi parlaq. Zərrin qədəh. Zərrin şəfəqlər. Zərrin şüalar. - ..Qərbdəki ulduzlar zərrin dumanlar içində itmiş, şərqdəkilər sanki qorxub bir-birinə qısılmışdı. Ə.Məmmədxanlı. Miz üstündə yanır bir şam titrədikcə şölələri; Səpib zərrin tellərini o bəzəyir nurla yeri. Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....