Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏRNİŞAN
[fars.] 1. sif. Qızıl suyu ilə vurulmuş nişanı (naxışı) olan, qızıl nişanlı. Hərami könlümə tapşırdı zərnişan oxlar; Ki hər birisi dəyər padşah xəzinəsinə. Qövsi. Bir qoç igid bir meydanda tapılsa; Bəzənər o meydan, zərnişan olu. “Koroğlu” . Olub zərnişan tacla sərfəraz; Şəbistanə qoydu qədəm yari-naz. M.Ə.Sabir. is. Zərli, bəzəkli, naxışlı parça və bu parçadan tikilmiş paltar. Ağ xələt bürünər, zəmişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. // Zər. [Qoca çoban Qumruya dedi:] Onun şəklini elə toxu ki, nə qardan, çovğundan, nə də yüz il keçəndən sonra vurduğun naxışların zərnişanı solmasın... Ə.Məmmədxanlı.
sif. Ümumiyyətlə bəzəkli. Yaşıl nimtənəli, gülgəz qəbalı; Başında dəstarı zərnişan Pəri! Aşıq Əmrah.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....