Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏRİF
sif. [ər.] 1. İncə. Zərif çiçəklər. Zərif əl. Zərif yun. - [Əbdüləli bəy:] Qadın vücudu zərif (z.) yaranmışdır, odur ki, qədimlərdə qadınlar gəcavə ilə gəzirdilər. C.Cabbarlı. Varlığın nə zərif (z.) yarandı sənin; Gözlə görünməyən bir aləmin var. S.Vurğun. Məktubu oxuyarkən əlindən çıxardığı zərif yun əlcəkləri paltosunun cibinə soxdu. Ə.Əbülhəsən.
məc. Nazik, incə. Zərif söz. - Xoş gəlib şahə ol zərif kəlam; Ona şəmşirin eylədi ənam. S.Ə.Şirvani. // Lətafətli, ürəyəyatan, qəşəng. Zərif səs. - Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kimi zərif, lətif bir cavan idi. Çəmənzəminli.
Arıq, zəif, cansız. [Rəhim bəy] ..naçalniklər yanında xidmət etmiş şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....