Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏLİ
is. 1. Şirin sularda yaşayan, heyvanların bədəninə yapışıb onların qanmı sormaqla dolanan xırda qurd. □ Zəli qoymaq (salmaq, yapışdırmaq, düzmək) - təbabətdə: xəstə adamın korlanmış qanmı sordurmaq üçün onun bədəninin müvafiq yerlərinə zəli qoymaq. Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub. S.S.Axundov. məc. Başqasını amansızcasına istismar edən, soyan, var-yoxunu sorub çəkən adam haqqında. Xalqın qanını zəli kimi sormaq. - Bu əmrdə hakimi-vilayətlər şəbihdilər zəlilərə ki, qan sorub şişdikdə sahibi oları sıxır, tamam sorduqları qanı qusurlar. M.F.Axundzadə.
məc. Yapışdığı yerdən qopmayan, tutduğunu əldən buraxmayan şey və ya adam haqqında. Lakin bir zəli dəyişməyir öz xislətini. O.Sarıvəlli. □ Zəli kimi yapışmaq 1) tutduğu yerdən bərk-bərk yapışıb buraxmamaq, yapışıb əl çəkməmək. Qəmər atasının qulluğundan mürəxxəs olub, düz mənzilinə gəlib, genə də zəli kimi kitaba yapışdı. (Nağıl); 2) təngə gətirmək, cana gətirmək. [Kərbəlayı Rəcəb:] Peşman olursan dalandan kənara çıxırsan, zəli kimi yapışırlar. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....