Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏLALƏT1
is. [ər.] 1. klas. Alçalma, alçaqlıq, həqarət, rəzalət, xarlıq. Bu nə zəlalətdir?
2. Zillət, əzab və əziyyət, çətinlik, möhnət. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. N.Nərimanov. [Dərvişin] üzündə və gözlərində əziyyət nişanələri oynaşıb çox zəlalətlərə düçar olduğuna işarə verirdi... A.Divanbəyoğlu. Zəlalət çəkmək - əziyyətlə, zillət içində yaşamaq, çətin dolanmaq, acı, ağır həyat keçirmək. Zəlalətə düşmək - zəlil olmaq, zillətə düşmək, bəd-bəxt olmaq. [Hacı Novruz:] Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....