Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏHMLİ
sif. 1. Zəhmi olan, baxanda öz görünüşü ilə adamda qorxu doğuran, dəhşətləndirən. // Çox böyük, çox yekə, görünüşcə əzəmətli. [Nemət] sökük və zəhmli darvazaya yaxınlaşdıqda, orada “Dava vəkili cənab Baxa xüsusi katib aranır” deyə, yeni bir elana təsadüf etdi. Çəmənzəminli.
2. Çox ağır, təmkinli, çox ciddi, heybətli. Aslan müəllim zəhmli bir adam idi. İ.Əfəndiyev. // Qaşqabaqlı, acıqlı, eyni zamanda nüfuzedici. Teyyibə zəhmli baxışları ilə nə isə daima qorxu təlqin edən bir qadındır. M.Hüseyn. Sultan zəhmli nəzərlə başdanayağa Qoşqarı süzdü. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....