Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏHLƏTÖKƏN
sif. Öz hərəkət və sözləri ilə adamı təngə gətirən, bezikdirən, usandıran, cana gətirən, bıqdırıcı. Ancaq zəhlətökən müştəridən yaxa qurtarmaq üçün bunun da xeyri olmadı. S.Rəhman. Həmzənin zəhlətökən küy-kələkçi arvadının təkidinə baxmayaraq, yolda boyun-boğazlarının daş-qaşını, qızıl-gümüşünü çıxartmayanlar, indi aramla soyunub mücrü və sandıqlarına qoydular. Ə.Əbülhəsən. // Pis, xoşagetməyən, qulağa xoş gəlməyən. Bu zaman maşınlar qəzəblənib böyürür, tramvaylar məni yollarında görən kimi zəhlətökən bir səslə zingildəyir. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....