Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏFƏRAN
is. [ər.] 1. bot. Çiçəkləri yeyinti sənayesində istifadə olunan çoxillik soğanaqlı cənub bitkisi. Zəfəran tarlası. - [İbad Ocaqquluya:] Buğda əkənlər də gərək zəfəran əksinlər. C.Cabbarlı. // Həmin bitki çiçəklərinin, müxtəlif yemək şeylərinə ətir, tam və xüsusi rəng vermək üçün istifadə edilən qurudulmuş sarı telləri. Xərc edir bir para əşxas pulun bayramda; Zəfərana, yağa, razyana, xaşxaşa, ətə. M.Ə.Sabir.
2. məc. Sarı rəng mənasında. Həm rəngibəhar olub xəzanım; Dönmüşdü əqiqə zəfəranım. Füzuli. Döşləri qurumuş, rəngi zəfəran; Budur ehtiyacın, aclığın sonu! S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla