Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏFƏR
is. [ər.] tənt. Qalibiyyət, qələbə. Gəncə zəfəri İbrahim xanın nüfuzunu Azərbaycan xanlıqları arasında bir qat daha artırdı. Çəmənzəminli. Ey zəfər nəğməsi, sən ey şən nəğmə! Qanlı cəbhələrdə döyüşən nəğmə. N.Rəfibəyli. Gəzib bu dost elləri, dolansan qarış-qarış; Hər yanda görəcəksən, yüksəliş, zəfər, yarış. Ə.Cəmil. // Qalib gəlmə, üstün gəlmə. □ Zəfər qazanmaq (çalmaq) - qalib olmaq, qələbə çalmaq. [Nüşabə:] Ölkələr düşməni rumlu Iskəndər; Hind ilə iranda qazanmış zəfər. A.Şaiq. Döyüşlərdə zəfər çaldın, boy atdın; Yer üzündə milyonları oyatdın. R.Rza. Zəfər tapmaq - bax zəfər qazanmaq. Zəfər yetirmək - məğlub etmək, üzərində qələbə çalmaq, yenmək. // Məqsədə nail olma, müvəffəqiyyət, nailiyyət.
□□ Zəfər toxundurmaq - başına xata gətirmək. [Xammnaz:] Ay balam, qurbanın olum, qorxuram birdən uşaqcığazıma bir zəfər toxundurmasınlar. C.Cabbarlı. Zəfər toxunmaq (dəymək) - zərər, ziyan, xətər dəymək, başına xata gəlmək. Can Koroğlu, öz canımdan qorxmuram; Qorxum odur, zəfər dəyə dostuma. “Koroğlu” . Əhməd tacir də qızı götürüb aradan çıxdı ki, ona zəfər toxunmasın. (Nağıl).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....