Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZƏBT
is. [ər.] Silah gücü ilə, zorla tutma, ələ keçirmə, hakimiyyəti altına alma, ixtiyarına alma; sahiblənmə, yiyələnmə. Qalanın zəbti. Şəhərin zəbti. □ Zəbt etmək - 1) zorla tutmaq, ələ keçirmək, hakimiyyəti altına almaq, işğal etmək, ixtiyarına almaq, zorla sahiblənmək. Güllücə kəndini düşmən zəbt etdi. S.S.Axundov. [Şah Mirzə Ağa xana:] Niyə məndən izn almamış Heratı zəbt etdin? C.Cabbarlı. Cəfərqulu Fərhad bəyin evlərini zəbt və özünü həbs etməyə göndərildi. Qantəmir; // məc. özünə tabe etmək, yiyələnmək. Təbiəti zəbt edib almağın zamanıdır; Kainata zəlzələ salmağın zamanıdır. M.Müşfiq; 2) klas. qeyd etmək, yazmaq; 3) hafizəsi ilə tutmaq, hafizəsində saxlamaq, qavramaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....