Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZEHİN
is. [ər.] 1. İnsanda düşünmə, anlama və yaddaş qabiliyyəti; dərrakə, istedad. Bu uşağın yaxşı zehni var. Onun heç zehni yoxdur. - [Ağa Bəşir:] Ağa, maşallah sizin zehninizə və fərasətinizə! M.F.Axundzadə. // Hafizə, yaddaş, xatir. Zehnində qalmamaq. iyirmi il əvvəl oxuduqlarım indi də zehnimdədir. - Qocanın dediyi sözlər Şiraslanın zehnində nəqşləndi. S.Rəhimov. Ağabala təkrar uşağın zehnini yoxlamaq istədi. Mir Cəlal.
2. Fikir, xəyal. Zehnini məşğul edən sözləri babasına deyə bildiyi üçün sevindi, yüngüllük duydu. Mir Cəlal. Nədənsə o zaman mənim zehnimi bir şey məşğul etmişdi: “O kişi sizin nəyinizdir və yaxud siz onun nəyi ola bilərsiniz?” S.Hüseyn. □ Zehni açılmaq fikirləşmək, düşünmək qabiliyyəti bərpa olmaq, yaxşılaşmaq, başında yüngüllük hiss etmək. ..Üzümü yudum, bir qədər zehnim açıldı. C.Məmmədquluzadə. Zehni qaralmaq - fikrini bir yerə toplaya bilməmək; düşünmək, fikirləşmək qabiliyyətini itirmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....