Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ZAT

is. [ər.] 1. Əsil, mənşə, kök, nəsil, nəsəb. Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. “Koroğlu” . [Heydər bəy:] Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırırlar. M.F.Axundzadə. Oğlumuzun, şükr kim, zatı müsəlman imiş! Bəxtəvər olsun başım, bəxtimiz oğlan imiş! M.Ə.Sabir. □ Zatına bələd olmaq - bax zatını tanımaq. Bələdəm zatına sənin, novkər; Dəyməz heç bir pula bu cür sözlər. Məmmədquluzadə. Zatına lənət - söyüş ifadəsi. Harda bihəya var, zatına lənət. Q.Zakir. Musa kişi Mübaşir Məmmədin yoğun səsini tanıdı: - Zatına lənət, - deyib tüpürdü... M.İbrahimov. Zatını tanımaq əslini, nəslini, iç üzünü, bütün varlığını tanımaq (adətən mənfi, istehzalı məna ilə). [Allahverdi:] Zurnaçı Muğanı? Onun zatını tanıyıram. C.Cabbarlı. Həddi-zatında əslində, təbiətində, xilqətində.
2. köhn. Şəxs, adam, şəxsiyyət, sima. O çox əxlaqlı bir zatdır. Böyük zat. - Bax, nə qədər sevimli, nəzakətli bir zat! M.S.Ordubadi. Bu zatların sayəsində də birinci ilin tədris haqqı maarif cəmiyyətləri tərəfindən verildi. T.Ş. Simurq. // Hörmətli, mötəbər şəxs. [Südabənin anası:] ...Allaha çox şükür eləyirəm ki, mənim bircə balamın qabağına sənin kimi zatı, südü təmiz bir adam çıxarıb. M.İbrahimov.
Özü, öz nəfəsi, öz varlığı. Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş? Axırda yaxar zatını yağdıqların atəş. M.S.Ordubadi.
köhn. Varlıq, əsil, təbiət, mahiyyət. O küləkdir, özü vardır, zatı yox. Xəstə Qasım.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....