Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ZARILDAMAQf

1. Şiddətli həyəcan, ağrı, əziyyət, əzab və s. təsirindən zarıltı səsi çıxarmaq; inildəmək. [Sofiya:] Allah xatirinə məndən əl çəkin, günahımı artırmayın, - deyir, ağır bir xəstə kimi zarıldayırdı. Çəmənzəminli. Getdikcə ağır nəfəs alan Niyaz zarıldadı. M.İbrahimov.
2. Zar-zar ağlamaq. Uşaq zarıldayır. -Axşamçağı soyuqdan paltonuma bürünüb bazardan keçdikdə gördüm, bir dükanın qabağında üç uşaq durub zarıldayırdı. Çəmənzəminli. Uşaqlar “mən acmışam” , deyə zarıldayırdılar). C.Cabbarlı.
zarıldaya-zarıldaya zərf Zarıltı ilə; ağlaya-ağlaya, inildəyə-inildəyə. Molla zarıldaya-zarıldaya şikayət etdi. P.Makulu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....