Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZAİL
sif. [ər.] klas. Daimi olmayan, müvəqqəti, fani, keçici, puç. □ Zail etmək (eyləmək) - puç etmək, yox etmək, məhv etmək, heçə çıxarmaq. Nə gözəldir sənin şirin sözlərin; Zail etdi məni ala gözlərin. Qurbani. Zakirəm, eylədin əqlimi zail; Olmaz belə surət, belə şəmail... Q.Zakir. Gərdənə yaraşır qızıl hamayıl; Görənin ağlını edibdi zayıl... Aşıq Ələsgər. Vaiz demə kim, zail edər əqli ziyalə; Badə gətirər mərdümi-huşyarı kəmalə. S.Ə.Şirvani. Zail olmaq - keçmək, yox olmaq. Heyhat ki, tədbir ola bu xanəxərabə; Zail olub əqli. M.Ə.Sabir. Vaxtı ilə [Ceyranın] üzündə gördüyüm solğun məhzunluq büsbütün zail olmuşdu. S.Hüseyn. Lakin şəhərə düşən birinci bombadan o diksinincə, elə bil, dərhal aradan bu illər qalxıb zail oldu. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....