Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZAHİR
is. [ər.] 1. Açıq, aşkar, aydın, meydanda olan (batin müqabili). Mən bir Fərhad, sən bir şirindəhansan; Dərdin zahir, amma özün nəhansan. M.P.Vaqif. Zahirdi qəmzənin cigər sökməyi; Can atmağı, nahaq qanlar tökməyi. Q.Zakir.
2. Xarici görünüş, görkəm, üz tərəf. Zahirdən batinə yol var. (Ata. sözü). Batinin əksidir fəqət zahir. H.Cavid. [Əsgər:] Görünür, zahiri gözəl olan kimi batini də gözəldir. U.Hacıbəyov. Qəbul otağının astanasına qədəm basan oğlanın zahirində ilk nəzərdə diqqəti cəlb edə bilən bir şey yox idi. I.Hüseynov. □ Zahir etmək - aşkara çıxarmaq, üzə çıxarmaq, büruzə vermək, aydın etmək, məlum etmək, bildirmək. Saxlama nəqdiqəmi-eşqini, ey can, zahir et; Kim, verim həbsi-bədəndən çıxmağa rüsxət sana. Füzuli. Nami-məşuqi nə lazım zahir etmək, ey könül; El bilir, aləm bilir, gülruxlərin sultanıdır. S.Ə.Şirvani. Anası oğlunun cinayətini; Görərək, zahir etdi nifrətini. M.Ə.Sabir. Zahir olmaq - aşkara çıxmaq, üzə çıxmaq, zühur etmək, meydana çıxmaq, görünmək. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. M.F.Axundzadə. Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət. Şeyx hər nə qədər səslədisə də, Gülsümdən səs zahir olmadı. Ə.Haqverdiyev; // məlum olmaq. Vaqif öldü, neçin yasa gəlmədin? Ya zahir olmadı bu xəbər sənə? M.P.Vaqif. Zahirə çıxmaq - üzə çıxmaq, məlum olmaq, görünmək. Divarlardan asılmış xəritələri ... olmasaydı, suvaqların töküldüyü, bişmiş kərpiclərin çılpaq qaldığı bəzi yerlərdə güllələrin dəlib açdığı dərin yaralar zahirə çıxardı. H.Nəzərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla