Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YÜNGÜLLƏŞMƏK
f . 1. Çəkisi azalmaq, ağırlığını itirmək, yüngül olmaq. Arabanın yükü yüngülləşdi.
Asanlaşmaq, zəhməti, əziyyəti bir qədər azalmaq, işi azalmaq. işi bir qədər yüngülləşmişdir. Əmək şəraiti yüngülləşmişdi. - Axırı Xudayar bəyin yazıq övrətə bir az rəhmi gəldi. Vəliqulunu özünə cütçü, Zibanı qaravaş tutdu ki, Zeynəbin işi bir az yüngülləşsin. C.Məmmədquluzadə. Sakitləşmək, təskinlik tapmaq, beynini məşğul edən hisslərdən, fikirlərdən azad olmaq. Dərdi yüngülləşmək. - [Sona xanım:] Səni görəndə könlüm açılır. Gözlərimə şəfəq gəlir, dərdimi açıb deyirəm, ürəyim bir az yüngülləşir. Ə.Haqverdiyev.
Özünü yüngül hiss etmək, mədəsi təmizlənmək. Qusandan sonra yüngülləşdi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....