Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YÜNGÜLLƏŞDİRMƏK
f 1. Zəhmətini, əziyyətini, çətinliyini, ağırlığını azaltmaq; asanlaşdırmaq. Əmək şəraitini yüngülləşdirmək. Yolu yüngülləşdirmək. işini yüngülləşdirmək. Vəziyyətini yüngülləşdirmək. Zəifləşdirmək, yumşaltmaq, azaltmaq. Dərdini yüngülləşdirmək. Ağrını yüngülləşdirən dərmanlar. - Prokuror da, vəkil də dönə-dönə inad edirdilər ki, doğrusunu aç söylə, [məhkəmə] sənin təqsirini yüngülləşdirər. Mir Cəlal. Təskin etmək, yumşaltmaq. Ürəyini yüngülləşdirmək.
Quruluşunu sadələşdirmək, bəsitləşdirmək. Maşının quruluşunu yüngülləşdirmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....