Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YÜNGÜL
sif. 1. Çəkisi az olan (ağır ziddi). Yüngül yük. Yüngül çamadan. Yüngül daş. □ Yüngül çəkmək - çəkidə aldatmaq, əskik vermək. // Sıx olmayan, nazik. Yüngül parça. // İsti olmayan, qalın olmayan; qızdırmayan. Yüngül paltar. // Taxtadan tikilmiş. Yüngül pavilyon. Yüngül bina. // Həzmi asan olan, mədəyə ağırlıq verməyən. Yüngül yeməklər. Yüngül qəlyanaltı. Axşam yeməyi yüngül (z.) olmalıdır.
Çətin olmayan, asan olan. Yüngül mətn. Yüngül məsələ. // Aydın, sadə, səlis. Yüngül üslub. Dili çox yüngüldür. - [M.Ə.Sabir] sadə və aydın bir dillə oynaq və yüngül misralarda böyük bir cəsarətlə köhnəliyi.. qamçılayırdı. M.Arif. // Əyləndirici mahiyyətdə olan. Yüngül musiqi. Yüngül komediya. Yüngül mahnı. // Asanlıqla əldə edilən, qazanılan. Yüngül qazanc. Yüngül qələbə. // Yerinə yetirilməsi çətin olmayan, çox zəhmət tələb etməyən; asan. Yüngül iş. Yüngül vəzifə.
Ciddi olmayan; əhəmiyyətsiz, xətərsiz. Yüngül yara. Yüngül xəstəlik. // Əziyyətsiz, ağrısız. Yüngül doğuş. Yüngül həyat. // Ağır olmayan; şiddətsiz. Yüngül cəza. - Fəxrəddin isə Qızıl Arslandan yüngül bir məzəmmət alandan sonra Hüsaməddini qaçıran qadını axtarmağa başladı. M.S.Ordubadi. Zəif, az (hiss edilən). Yüngül külək. Yüngül qoxu. Yüngül təbəssüm. Üzündə yüngül kədər izləri göründü. // Təsiri az olan, tünd olmayan; zəif, boş. Yüngül şərab. Yüngül tütün.
məc. Səthi, qeyri-ciddi. İşə yüngül münasibət. Yüngül mühakimələr. // Adam, hərəkət, xasiyyət haqqında. Yüngül adam. Yüngül xasiyyət. Yüngül əxlaq. - Onu söyləməyə gəlmişəm sizə; Yüngül (z.) görünməyim gözlərinizə. S.Vurğun.
məc. Sağlam, çevik, qıvraq. Nəriman özünü rahat və yüngül (z.) hiss etdi. Mir Cəlal. // Saf, təmiz, tənəffüsü asanlaşdıran. Yüngül dağ havası. - Yüngül payız havası müalicəyə gəlmiş adamlara daha artıq ləzzət verirdi. M.İbrahimov.
Ağır silahlanmamış; mütəhərrik. Yüngül topçu dəstəsi. Yüngül batareya. Yüngül kreyser.
□□ Yüngül atletika - atletikanın, qaçış, tullanma, nizə, disk və s. tullama növləri. Yüngül ayaq - bax ayağı yüngül (“ayaq1’da). [Mirzəli:] Doğrudan, Hümmətəli, sən elə yaxşısan, yüngül ayaqsan, gələsən, qaçıb bir xəbər gətirəsən. C.Məmmədquluzadə. Yüngül əl - əli yüngüllük, şəfa, uğur, qazanc gətirən adam haqqında. Yüngül kavaleriya tar. sovet idarələrinin işini yoxlamaq üçün vaxtilə komsomol tərəfindən təşkil edilən dəstələr, briqadalar və s. Yüngül sənaye - çoxişlənən mallar hazırlayan sənaye.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....