Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YÜKSƏKLİK
is. 1. Hündürlük, ucalıq; yüksək şeyin halı. Dağın yüksəkliyi. Divarın yüksəkliyi. Evin yüksəkliyi iyirmi metrdir. Bu yüksəklikdə ağac görməmişəm.
2. Yer səthindən yüksəkdə olan sahə, yer; dağlıq, təpəlik. Yüksəklikdə bitən ağaclar. Yüksəklikdə yol salmaq. - “Güdəqala” deyilən yüksəklik üzərindəki ovdanların yanında idik. S.Hüseyn. Yer səthindən çox-çox yuxarı olan fəza; göy, asiman (çox zaman cəm şəklində). Buludlar yüksəkliklərdə üzür. Təyyarə yüksəkliklərdə süzür. Yüksəkliklərdə ulduzlar sayrışır.
Bir şeyin böyüklüyü, ölçüsü, səviyyəsi, dərəcəsi. Təzyiqin yüksəkliyi. Hərarətin yüksəkliyi. Biliyin yüksəkliyi. Əmək məhsuldarlığının yüksəkliyi. Texnikanın yüksəkliyi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....