Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YÜK
is. 1. Daşınmaq, aparılmaq üçün hər cür şey, daşınmalı olan mal və s. Yükü boşaltmaq. Heyvanın dalına yük çatmaq. - Ağ dəvə düzdə qaldı; Yükü Təbrizdə qaldı; Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). □ Yük heyvanı - yük daşıyan heyvan. // İçində şey olan torba, kisə, yeşik və s. Yükləri bir yerə yığmaq. // Eyni mənada saylarla. [Heydər bəy:] Heç kəs qorxudan gedib gətirə bilmir. Məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. O ki qaldı danışığımız, cümlətani bir yük buğda olmuşdur. S.Rəhimov. // Ağır şey; ağırlıq. Bu bir yükdür ki. Yük maşını - ağır şeylər (yük) daşımaq üçün böyük avtomobil. Bahadır çayçı dükanının qabağında bir-iki yük maşınına yaxınlaşdı. S.Rəhman. Yük vurmaq - yük yükləmək. Paroxoda yük vurmaq. Səliqə ilə üst-üstə yığılmış yorğan-döşək, xalça-palaz. Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb yükün altına soxuldu. A.Şaiq. Bütün avadanlıq evin yuxarı tərəfinə yığılıb, üstünə köhnə palaz çəkilmiş yoxsul bir yükdən ibarət idi. İ.Əfəndiyev. // Yük yığılan, camaxatan. Yorğan-döşək yükdədir. Yükdən bir yorğan götürdü. - Kilim, gəbə yükdədi; Gözlərim gədikdədi; Dönüb geri baxsana; Sevdiyin yar dikdədi. (Bayatı). □ Yük sandığı ərinə yük yığmaq üçün iri sandıq. iki dəst yorğan-döşək, nazbalış, iki yük sandığı, bir neçə mücrü, taxçalara qoyulası mücrülərin altına gümüşdən məmul zirəndazlar tədarük görüləcəkdir. R.Əfəndiyev. Yük yeri yük yığmaq üçün divarda açılan yer, şkaf.
məc. Ağır vəzifə, məsuliyyətli iş; məsuliyyət. Mən bu yükü öhdəmə götürə bilmərəm. Bu yükün altından çıxmaq çətin olacaqdır. - Rüstəm kişi, doğrudan da, yükünün ağır olduğunu hiss etdi. M.İbrahimov. // məc. Yorucu, əziyyətli, sıxıcı iş; qayğı, sıxıntı, ağırlıq. Bu da bizə bir yük oldu. Bu yükün altından məni qurtar. - Gülsümün yükü və dərd-qəmi gündən-günə artmaqda idi. Ə.Haqverdiyev.
fiz. Hər hansı bir cisimdə olan elektrikin miqdarı. Müsbət yük.
□□ Yük etmək (eləmək) - lazım olmayan, artıq bir şeyi özü ilə götürmək. [Bahar Gülpəridən soruşdu:] Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mənası var? S.S.Axundov. Yükünü tutmaq - 1) hər cür lazımi şeylərlə (adətən qiymətli şeylərlə) özünü təmin etmək; mal-dövlət yığmaq. [Hacı Fərəc:] Yusif səkkiz yaşındadır, gəlib yetişənədək mən yükümü tutaram. N.Vəzirov; 2) dan. çox yemək, doymaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla