Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YUYULMAMIŞ
f sif Su və ya su və sabun ilə təmizlənməmiş; kirli, çirkli. Yuyulmamış qab. Yuyulmamış paltar. Yuyulmamış meyvə. [Məşədi:] Allah kəssin müsəlmanın evinieşiyini, dirliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxardırlar ki, adamın ürəyi ağzına gəlir... Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı... Ə.Haqverdiyev.
□□ Yuyulmamış qaşıq kimi özünü ortaya atmaq - münasibətsiz, yersiz bir işə və ya söhbətə qarışmaq, ortalığa atılmaq. Dildar yuyulmamış qaşıq kimi özünü ortaya atdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....