Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YUVARLAMAQ
f . 1. Yuvarlaq bir şeyi itələyib hərəkət etdirmək; gillətmək. Topu yuvarlamaq. Daşları başıaşağı yuvarlamaq. Çarxı yuvarlayaraq gətirdi. Yuvarlaq hala salmaq, girdə və ya uzunsov, lülə şəkli vermək. Qəzeti yuvarlamaq. - Həbləri yuvarlamaq və onlara hamar səth vermək üçün [əl diyircəyindən] istifadə edilir. R.Əliyev.
məc. Sövq etmək, sürükləmək, aparmaq, aparıb çıxarmaq. Uçuruma yuvarlamaq. Bataqlığa yuvarlamaq. - Dədə-babadan qalma bu vərdiş sizi olduqca qorxulu bir yola yuvarlaya bilər. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla