Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YUVA
is. 1. Quşların yumurtlayıb bala çıxarmaq və onları saxlayıb böyütmək üçün çör-çöpdən və s.-dən düzəltdikləri yer. Qaranquş yuvası. Sərçə yuvası. - Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov. // Arı şanı. Yuvadan aralanıb tək qalan arılar boğuq səslə həyətdə cövlan vurub pətəyi axtarırdılar. Mir Cəlal. // Heyvanların düzəltdikləri yer, məskən. Siçan yuvası. ilan yuvası. Ayı yuvası.
2. məc. Ev, məskən, ev-ocaq mənasında. Yuvası dağılmaq. isti yuvasından məhrum olmaq. - Zəhra yuvası dağılmış bu yavrucuqların, analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. □ Yuva salmaq - 1) yurd salmaq, məskən salmaq, yaşamaq üçün şərait yaratmaq; özünə yer düzəltmək. Üç dəfə qaçmışam qarlı Sibirdən; Bizim meşələrdə salmışam yuva. S.Vurğun. [Əbdək:] Dağlarda, daşlarda yuva salmış zavallı vətəndaşlarımın dərdi məni bir an belə rahat buraxmır.. M.Hüseyn; 2) məc. Yer tutmaq, yaşamağa başlamaq. Məni xilas etdin vaxtsız ölümdən; O gündən qəlbimdə yuva saldın sən. S.Vurğun.
xüs. Maşın, alət, qapı, pəncərə, kilid kimi şeylərin hissələrinin girib işləməsinə və ya birləşməsinə məxsus oyuq, çuxur, dəlmə. Rəzə yuvası. // Bir şeyin içində yerləşmiş olduğu oyuq. Diş yuvası.
məc. Bir şeyin törədiyi, intişar etdiyi yer; mənbə. [Qətibə:] Paytaxtımız isə hazırda fitnələr, iftira və böhtanlar yuvasıdır. M.S.Ordubadi. // məc. Yurd, vətən mənasında. Sən, ey igid mədən torpağından qüvvət alıb gülən diyar; igid ərlər meydanısan, qəhrəmanlar yuvasısan. S.Vurğun. // Xana-xana bölünmüş şəkildə olan şey. Toxum şahmat üsulu ilə, yuvalarla iki və ya bir cərgədə əkilir.
məc. Bir şeyin çox olduğu yer. Oğru yuvası. Canilər yuvası.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....