Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YUMURTA
is. 1. biol. İnsan və heyvan orqanizmlərinin yeni orqanizm vücuda gətirə bilən qadın cinsi hüceyrəsi (toxumu).
Quşların, tısbağaların və s. yumurtlayan heyvanların qabıqla örtülü belə hüceyrəsi. Toyuq yumurtası. Ördək yumurtası. - Qonşudan bir gün ol rəşid cavan; Bir yumurta oğurladı pünhan. S.Ə.Şirvani. [Dursun:] Kim mənə yumurta versə, ona qurban olaram. C.Cabbarlı. □ Yumurta ağı - quş yumurtasının sarı hissəsini dövrələyən şəffaf hissəsi. Yumurta sarısı - quş yumurtasının qatı sarı maddədən ibarət olan orta hissəsi.
Toxum.
□□ Yumurtadan yun qırxmaq - hər bir
şeydən qazanc götürməyə çalışmaq. Kişi gərək yumurtadan yun qırxsın, qəpik-qəpik toplasın, düşəndə işini yeritmək üçün ovuc-ovuc xərcləsin. S.Rəhimov. Qızıl yumurta bayramı - bax qızıl.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....