Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YUMŞALMAQ
f 1. Yumşaq, elastik hala gəlmək; sərtliyini, bərkliyini, codluğunu itirmək. Dəri suda yumşalmışdır.
Zəifləmək, azalmaq, kəskinliyi, şiddəti keçmək. Ağrı bir qədər yumşaldı.
Mülayimləşmək; hirsi, acığı, qəzəbi, hiddəti keçmək, hirsi soyumaq. Bir az yumşalmaq lazımdır. - Molla Qasım pulun adını eşitcək yumşalıb dedi: - Razı oluram. S.S.Axundov. Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü. Çəmənzəminli. Yumşalmadı daşa dönmüş ürəklər; Onlara göz yaşı etmədi əsər. H.K.Sanılı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....