Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YUMRU
1. sif. Yuvarlaq, girdə, kürə, top şəklində. Yumru güllə. Yumru daş. Yumru gilə. Yumru gavalı. - Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov.
sif. Dairəvi şəkildə olan; girdə. Nizami özünü düzəltdi, xırda və yumru gözlərinin qapaqlarını qaldırdı. M.S.Ordubadi. Rəhimlinin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov.
sif. Gombul, koppuş, kök. Yumru, totuq uşaqlar qızıl taxtlarda qumaş yastıqlara söykənən möminlərə şərab paylayırdılar. Çəmənzəminli.
is. Tikə, dənə. [Şamama Cadu:] Di, başına dönüm, bircə yumru mənə qənd ver. Ə.Haqverdiyev. // is. Baş, kök yumrusu. Cinsi hüceyrələr iştirak etmədiyi bir halda da kartof yumrularında baş verən dəyişmələr ondakı gözcüklərə təsir edir. M.Axundov.
yumru-yumru zərf və sif Yumru (çox şey haqqında). Yumru-yumru eləmək. - [Əmiraslan baba dedi:] Çərçinin saqqızdan savayı yumru-yumru sabunları, .. dəyirmi güzgüləri də olardı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla