Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YÖNƏLMƏK

f . 1. Bir tərəfə istiqamət alıb getmək, üz tutub getmək, istiqamət almaq. Hamımız səs gələn tərəfə yönəldik. Gəmilər adaya doğru yönəldi. - Koroğlu Nigara tərəf yönəldi. “Koroğlu” . [Faytonun] içindən İmamverdi baba çıxıb Nurəddinə tərəf yönəldi. S.S.Axundov. // Bir şey üçün yanaşmaq, yanma getmək, müraciət etmək. [Xortdan:] Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi.. Ə.Haqverdiyev. Gəlmək, üz tutmaq. [Bəkir:] Qayanın üstündən gördüm, iki dəstə atlı bizə sarı yönəliblər. N.Vəzirov. Üzünü çevirmək, dönmək, çevrilmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....