Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YORĞUNLUQ
is. Çox işləmək, yerimək, hərəkət etmək nəticəsində bədənin gücdən düşməsi, yorulması, yaxud zehnin bir müddət səmərəli surətdə işləyə bilməyəcək hala gəlməsi; üzgünlük, taqətsizlik hissi. Bədənimin yorğunluğu hələ də getməyib. Cismani yorğunluq. Yorğunluqdan bədənim sızıldayır.
Xanım qızın mənim çöhrəmdə gördüyü dalğınlıq fikirdən deyil, uzun yolun yorğunluğundandır.. M.S.Ordubadi. □ Yorğunluğu çıxmaq - istirahət etdikdən sonra qüvvəsi özünə qayıtmaq. Yorğunluğunu almaq - istirahət etmək. Abbas bacısına: - Yavaş-yavaş gedərik, orada sən yorğunluğunu alarsan.. S.S.Axundov. Yorğunluğunu çıxartmaq bax yorğunluğunu almaq. İsabala bir az uzandı ki, yol yorğunluğunu çıxartsın. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....