Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YORĞUN

sif. Çox işləmək, yerimək, hərəkət etmək və digər fəaliyyət nəticəsində yorulmuş, üzgün düşmüş. Yorğun adam. Yorğun at. - Qışın soyuğunda da adam istəyir, girsin isti kürsüyə və yorğanı çəksin başına, bir az da yorğun olan adamı yuxu tutur. C.Məmmədquluzadə. Yorğun olduğumdan yatdıq gecəni; Səhər açılınca oyatdı məni. S.Vurğun. Səməd əmisinin ardınca, yorğun addımlarla yemək otağına keçib stolun yanında oturdu. İ.Hüseynov. □ Yorğun düşmək - yorulmaq. [Xədicə] axırda yorğun və halsızca düşüb qaldı. S.Hüseyn. Yorğun düşmüş qızlar yerlərinə girən kimi gözlərini yumdular. M.Hüseyn. // məc. Keçirdiyi həyəcan və iztirablardan üzülmüş, üzgün düşmüş, yorulmuş.
yorğun-yorğun zərf Gücdən düşmüş halda, yorulmuş halda, zəifləmiş halda. Yorğunyorğun baxmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....