Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YOLÇU
is. 1. Yola, səfərə çıxmış adam, yol gedən adam. Yolçu yolda gərək. (Ata. sözü). Sevinir keçəndə yolçunun gözü; Seyr edir bu geniş, bəzəkli düzü. H.K.Sanılı. Abbas kişinin böyük və səsli şəhərdə rast gəldiyi ilk yolçudan soruşduğu bu oldu. Mir Cəlal. // Sərnişin, minik. [Konduktor] uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Qantəmir.
2. Dilənçi. Yolçudan yolçuya pay düşməz. (Ata. sözü). Ey mənim yolçu, dilənçi, lüt-lüm qardaşlarım həmşərilər! C.Məmmədquluzadə.
□□ ...yolun yolçusu - adətən düz yolla getməyən adam haqqında. [Kələntərli:] Yoldaş Əmirli, insafla danışın, mən o yolun yolçusu deyiləm. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....