Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YOXSA
bağl. 1. Əks surətdə, əks təqdirdə, belə olmasa (olmazsa). Ey dil ki hicrə doymayıb istərsən ol məhi; Şükr et bu halə, yoxsa gələr bir bəla sana. Füzuli. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə. [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. [Sərvər:] Yaz mən deyəni, yoxsa beynini toz eyləyərəm! Ü.Hacıbəyov.
Olmaya, bəlkə (sual yerində). Yoxsa bizdən incimisən? - Ol bəladır kim, mənim mərhəm bitirməz yarəmi; Yaxsa kim, hər natəvanın dərdi dərmanıncadır. Qövsi. [Süleyman:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov. [Gülnaz anasına:] Nə olub, ana? Yoxsa atamdan pis bir xəbər var?.. M.İbrahimov. Sual cümlələrində ehtimal bildirir - ya, yaxud. Siz gəlirsiniz, yoxsa mən gəlim? Bu günəmi, yoxsa sabahamı hazır olmalıdır? - [Məşədi İbad:] Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək bu kişidir, yoxsa arvaddır? Ü.Hacıbəyov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfıbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....