Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YIRĞALANMAQ
f . O tərəf-bu tərəfə əyilərək hərəkət etmək; tərpənmək, silkələnmək. Küləkdən ağaclar yırğalanır. Gəmi suda yırğalanır. - O biri otaqda yırğalanmaqda olan bir körpə beşiyinin həzin səsi eşidilirdi. S.Hüseyn. Görünməz olmuşdur dənizin dibi; Qayıq yırğalanır bir beşik kimi. S.Vurğun.
yırğalana-yırğalana zərf Yırğalanaraq, ayaq üstə dura bilməyərək, o yan-bu yana əyilərək. Yırğalana-yırğalana yerimək. - Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalanayırğalana gəlib çıxdı. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla