Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YIĞINTI
is. 1. Qalıqlardan, tullantılardan, tör-töküntüdən və s.-dən yığılmış qalaq. Dəmir tullantı yığıntısı. Zibil yığıntısı. - Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yığıntılarının arası ilə getməli oldu. S.Rəhman.
Çay və yağış suları ilə gəlib çökən dağ süxurları qırıntıları (daş, qum, lil və s.). Şiddətli yağmurun yığıntısını toplayan və azğın seli gətirən qorxunc dərələrin üstündən körpülər salınırdı. S.Rəhimov.
Sif. mənasında. Müxtəlif yerlərdən toplanma, müxtəlif yerlərdən gəlib cəmləşmiş, camaatı müxtəlif yerlərdən gəlmə adamlardan ibarət olan. Yığıntı məhəllə. Yığıntı kənd.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla