Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YEYİN

sif. Tez, cəld, iti, sürətli, itigedən. Yeyin at özünə qamçı vurdurmaz. (Ata. sözü). // Zərf mənasında. Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib, kətdilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə. C.Məmmədquluzadə. [Qulam:] Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm. C.Cabbarlı.
yeyin-yeyin zərf Tez-tez, cəld-cəld, iti-iti, sürətlə. Yeyin-yeyin yazmaq. - Bu dağ mənim, o dağ sənin; Yem toplardı yeyin-yeyin; Döşlərinə süd yığardı; Buynuzuna ot yığardı. M.Müşfiq. Gecə keçir... Mən gedirəm yeyinyeyin; Səyyah deyil, bu şəhərin öz səsiyəm. S.Vurğun. Şığıdıqca göy üzündə gözəl yurdun tərlanları; Yeyin-yeyin vurur qızıl Abşeronun qan damarı. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....