Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YEYİLMƏK

məch. 1. Ağızda çeynəyib udulmaq, mədəyə ötürülmək. Çörək yeyilmək. Xörək yeyilmək. Yemək yeyilmək. - Mirzənin atasının evində nahar yeyilirdi. Ə.Haqverdiyev. Yeməyə sərf edilmək; işlədilmək. Evimizdə çox şəkər yeyilir.
Xarici təsir nəticəsində forması, bəzən də tərkibi dəyişilmək, sürtülüb getmək. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalxalamağa başladı. M.İbrahimov. işlənmiş baltanın pərləri yeyildikdə onları yenidən metal elektrod vasitəsilə bərpa edirlər. S.Quliyev.
məc. dan. Mənimsənilmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....