Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YETİŞMİŞ
sif 1. Dəymiş, yeməli hala gəlmiş. Yetişmiş meyvə. Yetişmiş üzüm. // işlənmək, yeyilmək, istifadə edilmək üçün hazır olan; gəlmiş. ..Pendir saxlananda onun kazeininin bir hissəsi dönüb piy və ətirli yağ olur ki, belə pendirə yetişmiş pendir deyilir. H.Zərdabi.
2. Böyümüş, büluğa çatmış. Onun yetişmiş uşaqları var. // Ərə getmək vaxtı çatmış. Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır. C.Məmmədquluzadə. [Xırda xanım:] ..Özün bilirsən, şəhərimizdə bu saat yetişmiş qız çoxdur. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....